Çox ağır vəziyyətdə olan vərəm xəstələrinə yardım verilsin TƏKLİF


Digərləri 30 Yan 2018 13:33:17 268 0

Çox ağır vəziyyətdə olan vərəm xəstələrinə yardım verilsin  TƏKLİF

Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısa müddətli yardımların verilməsi təklif edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Sədaqət Vəliyeva "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" adlı dinləmələrdə çıxış edib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi məsələsinə baxa bilər: "Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq".