Könül Kərimova Məhəbbət Kazımovdan “imtina etdi” VİDEO FOTO


Şou-biznes 30 Yan 2018 13:35:00 391 0

Könül Kərimova Məhəbbət Kazımovdan “imtina etdi”  VİDEO  FOTO

ARB TV-nin "Sayqa ilə bu axşam" verilişinə qonaq olan müğənni Natiq Dağlaroğlu maraqlı açıqlamalar verib. Son.az xəbər verir ki, o, mərhum müğənni Məhəbbət Kazımovun dost sayıb süfrəsində oturtduğu insanların onu anmaq üçün verilişə gəlməmələrindən bəhs edib: "Onun süfrəsində oturub, dost saydığı şəxslər bu gün bura gəlməyib. Xalq artistimiz Yasin Qarayev, Könül Kərimova onun anım verilişinə gəlmədilər. Xətrinə dəyirsə, dəysin. Mən sözümü deyirəm. O insanların hər ikisi dəvət edilmişdi. Mən hər 5-ci gün onun qəbrinin üstünə gedib ziyarət edirəm. Elə olub ki, gecə saat 2-də onun qəbrinə getmişəm".


Xəbərə aid foto