Komitə sədri: "Davamlı vərəm xəstəliyindən əziyyət çəkənlərə əlillik dərəcəsi verilməlidir"


Digərləri 30 Yan 2018 13:37:00 394 0

Komitə sədri: "Davamlı vərəm xəstəliyindən əziyyət çəkənlərə əlillik dərəcəsi verilməlidir"

Davamlı vərəm xəstəliyindən əziyyət çəkənlərə müvəqqəti olaraq əlillik dərəcəsi verilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" adlı dinləmələrdə çıxış edərkən deyib.

H.Rəcəbli bildirib ki, əlilliklə bağlı elektron addımlar atılıb: "Bu, bürokratik əngəlləri aradan qaldırır".

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıcanlı isə bildirib ki, əhalinin icbari dispanserizasiyası üzrə müayinələrə geniş yayılan ürək, şəkər, vərəm xəstəlikləri üzrə müayinələr də daxil edilməlidir.