Türkiyə prezidenti Latın Amerikası ölkələrinə səfərini təxirə salıb


Dünya 30 Yan 2018 13:23:32 265 0

Türkiyə prezidenti Latın Amerikası ölkələrinə səfərini təxirə salıb

Ərdoğan fevralın 5-də Vatikan və İtaliyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə planlaşdırılan səfərini qeyri-müəyyən müddətədək təxirə salıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, dövlət başçısı fevralın 5-də Vatikan və İtaliyaya səfər edəcək.

R.T.Ərdoğan bu ölkələrdən sonra Braziliya, Uruqvay və Venesuelaya getməyi planlaşdırırdı. Onun Latın Amerikası ölkələrinə ziyarəti qeyri-müəyyən müddətədək təxirə salınıb.