Almeyda Türkiyə klubunun hədəfində


İdman 30 Yan 2018 13:29:00 345 0

Almeyda Türkiyə klubunun hədəfində

Türkiyənin Super Liqa klublarından olan "Bursaspor" "Qarabağ"ın futbolçusu Riçard Almeydanı transfer etmək niyyətindədir.

Goal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı iddia yayıb. Bildirilir ki, “Bursaspor”un baş məşqçisi Paul Le Quenin komandasında görmək istədiyi iki yarımmüdafiəçidən biri məhz Almeyda, digəri isə "Feyenurd"un oyunçusu Kərim El Əhmədidir.

Superliqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir.

Türkiyə mətbuatı Almeydanın transfer qiymətinin 1 milyon 750 min avro olduğunu da yazıb.