Qənirə Paşayeva: “Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər” - YENİLƏNİB


Digərləri 30 Yan 2018 13:05:00 161 0

Qənirə Paşayeva: “Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər” - YENİLƏNİB

Milli Məclisdə dinləmə keçirilir

“Report”un xəbərinə görə, deputat Qənirə Paşayeva çıxışında rəsmi qeydiyyatda olmayan vərəm xəstələri ilə bağlı narahatlığını bildirib. O deyib ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da düzgün addım deyil: “Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik. Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müəlicə etməsinlər. Çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər”.

Q.Paşayeva bununla bağlı mətbuatda, televiziyalarda maarifləndirmə verilişlərinin vacibliyinə toxunub.

Çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısa müddətli yardımların edilməsi müsbət addım olar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi məsələsinə baxa bilər: “Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”.

Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, ordudan qayıdanların vərəmlə bağlı müayinəsi aparılmalıdır: “Çünki sərhəd-dağ bölgələrinin sərt iqlimi var. Bunu nəzərə alaraq bu fikri səsləndirirəm”.

12:18

Bakı. 30 yanvar.