Fevralın 1-də qar yağacaq - XƏBƏRDARLIQ


Sosial 30 Yan 2018 12:51:14 262 0

Fevralın 1-də qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 1-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.