Torpağa avtomat basdıran nardaranlı tutuldu: "Ziyarətgahın yaxınlığında tapmışam" FOTO


Kriminal 30 Yan 2018 12:58:00 269 0

Torpağa avtomat basdıran nardaranlı tutuldu: "Ziyarətgahın yaxınlığında tapmışam"  FOTO

Əllərdə qanunsuz olaraq saxlanılan, müxtəlif üsullarla gizlədilən odlu silah-sursatın və onların hissələrinin aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Həmin gün S.Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci Polis Bölməsinə gətirilib. Aparılan profilaktik söhbətlər zamanı o, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.

Bölmə əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib. Orada olan tikilinin içərisində axtarış aparılıb və torpağın altında gizlədilən nömrəsi silinmiş, 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd 5,45 kalibrli patron aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar