Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanıldı


Kriminal 30 Yan 2018 12:31:00 210 0

Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanıldı

Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, araşdırma zamanı onun xristian yönümlü "Şərqdə ulduz" təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.