Bakıda silahlı şəxslər gəzirlər FOTO


Kriminal 30 Yan 2018 12:40:00 229 0

Bakıda silahlı şəxslər gəzirlər  FOTO

Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslər polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.Onu üzərinə baxış keçirilən zamanı "Revolver" tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin saxlanılması istiqamətində daha bir uğurlu əməliyyat həyata keçirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində saxlanılıb.


Xəbərə aid fotolar