ETSN: Bayıl sürüşmə zonasında bu gün aktivlik müşahidə olunmayıb


Sosial 30 Yan 2018 12:24:00 299 0

ETSN: Bayıl sürüşmə zonasında bu gün aktivlik müşahidə olunmayıb

"Çatlarda dünənlə müqayisədə heç bir dəyişiklik yoxdur"

© Report

Bakı. 30 yanvar. REPORT.AZ / "Bayıl sürüşmə zonasında nisbi sakitlikdir, bu gün aktivlik müşahidə olunmayıb".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd ki, çatlar əvvəlki kimidir, böyük çatların uzunluğu 70 metr, görünən dərinliyi isə 6 metrdir: "Çatları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları doldurublar, yağış sularının qarşısını almaq üçün  çatların üzərinə asfalt örtüyü çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları isə dünən həmin ərazidəki mayakları dəyişib yeni mayaklar qoyub, bugünkü müşahidələr göstərir ki, çatlar dünənki vəziyyətdədir, dünənlə müqayisədə heç bir dəyişiklik yoxdur".