"Tənha otağa çəkilib ağlayırdım..."


Şou-biznes 30 Yan 2018 11:50:00 338 0

"Tənha otağa çəkilib ağlayırdım..."

Evlilikdən əli bala batmayan aktrisa Cəmilə Tağızadə artıq vətəndədir.

Son.az bildirir ki, ARB TV-nin "Şou Məkan" verlişinə qonaq olan aktrisa başına gələnləri danışıb:

"Necə deyərlər, millətimə, Vətənimə qurban olum. Düzdür, mənə orada yad kimi davranmırdılar. Mehriban, qonaqpərvər, millətsevərdilər. Onlar da türkdür, biz də türkük. Yad deyilik ki... Mən Antraktidaya gəlin köçməmişəm ki... Qonşu dövlətə getmişəm, eyni dil, eyni mədəniyyət. Fərqimiz az ola bilər. Düşünürəm ki, yavaş-yavaş adaptasiya oluram".

Cəmilə, eyni zamanda, gəlin köçəndən sonra geyimlərinin dəyişməsindən danışıb:  

"Görürsünüz də, tam olaraq dəyişmişəm. Onsuz, mən elə də açıq-saçıq geyinmirdim. Daha indiki kimi qapalı da geyinmirdim. Həyat yoldaşım sağ olsun...Məni necə qapatdırdısa... Düşünürdüm ki, ailə həyatı quracam və hər şey nağıllardakı kimi olacaq. Özünüz yaxşı bilirsiniz ki, əziz xanımlarımız, nağıllardakı kimi olmur, əliniz bala batmır. Xoşbəxt ailənin olmasını istəyirsənsə, onda bir-birinizin sözü boğazınızdan keçməlidir".

Aktrisanın statuslarındakı qəmginliyin səbəbini də izah edib:

"Mən deyim o statuslar nəylə bağlıdır. Bu Vətəndən uzaqda qalmaq həsrəti , qəribçilikdəndir. Ailəmdən uzağam. 30 yaşıma kimi anamdan bu qədər uzaq qalmamışam. 4 aydır ki, anamla bir-birimizi görmürük. Video-görüntüylə əlaqə saxlayırıq, amma real görmürük. Anam sağ olsun. Evləndikdən sonra məni Türkiyədə qoydu gəldi Azərbaycana ki, öyrəş. Ailə həyatına alış, məsuliyyətini dərk elə. Bir yerdə qalın, yaşayın. Mən ayrılmaq üçün evlənməmişəm ki? Evlənmişəm ki, ailəm olsun, övladlarım olsun. Gələcəkdə nəvə, nəticəm olsun. Mənim işimlə bağlı planlarım var. Həm də ona doğru gedirəm".

Cəmilə həyat yoldaşının keçmiş xanımının şikayətçi olmasından tutmuş Türkiyədə ona hər gün problem yaratmasından da söz açıb:

"O, bizi məhkəməyə verir, biz onu məhkəməyə veririk. O, bizdən şikayət edir, biz ondan şikayət edirik. Ailə həyatımız bax bu cür davam edir. O, bizim həyatımıza "rəng qatır da". Teatrdır da, bizim üçün konsert verir.

Təsəvvür edin ki, mən özümüm sosial şəbəkə hesabımda foto paylaşıram, həmin qadın məndən şikayəçi olur. Sən demə, mən onu narahat edirəmmiş. Adama deyərlər ki, sənin mənim sosial şəbəkə hesablarımda nə işin var? Özü də mən səni blok etmişəmsə".


Xəbərə aid fotolar