ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ və digər həlli uzadılmış münaqişələrə maksimum diqqət ayıracağıq"


Siyasət 30 Yan 2018 11:20:25 284 0

ATƏT-in fəaliyyətdə olan sədri: "Dağlıq Qarabağ və digər həlli uzadılmış münaqişələrə maksimum diqqət ayıracağıq"

İtaliya XİN başçısı: "Sədrliyimiz dövründə ATƏT məkanında mövcud münaqişələrin həlli yollarının tapılmasına yardım edəcəyik"

"İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə prioritet vəzifəsi həlli uzadılmış münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll yollarının tapılmasına yardım etmək olacaq."

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri kimi Ukrayna və Rusiyaya ilk dəfə səfər edən İtaliyanın xarici işlər naziri Ancelino Alfano bildirib.

"Sədrliyimiz dövründə Ukraynadakı böhrana və ATƏT məkanında mövcud həlli uzadılmış münaqişələrə (Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstan) maksimum diqqət ayıracağıq. Prioritet məsələ Ukrayna böhranının həlli yollarını axtarmaq olacaq", - A.Alfano deyib.