Türkiyədə mikroavtobusla yük maşını toqquşub, 8 nəfər ölüb, 2 nəfər yaralanıb


Dünya 30 Yan 2018 10:26:34 263 0

Türkiyədə mikroavtobusla yük maşını toqquşub, 8 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə yerinə çoxlu sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub

Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Van əyalətinin Gülpınar rayonu ərazisində, Van-Başkale avtomobil yolunun 70-ci km-də baş verib. 

Hadisə yerinə çoxlu sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub. 

Qəzanın səbəbi araşdırılır.