Bişkekin mərkəzində bazar yanır


Dünya 30 Yan 2018 10:07:00 242 0

Bişkekin mərkəzində bazar yanır

Qırğızıstanın paytaxı Bişkekin mərkəzində "Oş" bazarı yanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Məlumata görə, yanğın səhər saatlarında başlayıb. Hazırda bazarın ərazisi nəzarətə götürülüb, hadisə yerində yanğınsöndürənlər işləyir.

İlkin məlumata görə, yanğın bazarda bir neçə dükanı əhatə edib.