Yığmamız Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq


İdman 30 Yan 2018 09:38:00 258 0

Yığmamız Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq.

Goal.az xəbər verir ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan yığma Moldova kollektivi ilə üz-üzə gələcək. "Mardan" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bu, Moldova və Azərbaycan yığmaları arasında 10-cu duel olacaq. Əvvəlki qarşılaşmaların ikisində milli qalib gəlibsə, 3-də rəqib qələbəyə sevinib.

Yoldaşlıq oyunu, 30 yanvar

20:00. Azərbaycan – Moldova

“Mardan” stadionu