Nigeriyada yol qəzası: azı 20 nəfər ölüb


Dünya 30 Yan 2018 08:23:00 261 0

Nigeriyada yol qəzası: azı 20 nəfər ölüb

Nigeriyanın paytaxtı Abudja şəhərinin yaxınlığında avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ən azı 20 nəfər ölüb.

"16 nəfər üçün nəzərdə tutulan avtobus 30 nəfəri daşıyırdı. Sürücü idarəetməni itirəndə, avtobus yük maşınına çırpılıb", deyə polis nümayəndəsi Ömər İbrahim bildirib.

Onun sözlərinə görə, 17 nəfər yerində dünyasını dəyişib, daha üçü isə xəstəxanada.