Yaş sümüklərin sızlığına görə ölçüləcək


Digərləri 30 Yan 2018 08:11:00 288 0

Yaş sümüklərin sızlığına görə ölçüləcək

ABŞ-ın Şimali Karolina Universitetinin kriminalistləri bud sümüyünün sıxlığının qiymətləndirilməsinə əsaslanan sümük qalıqlarına görə yaşın müəyyənləşdirilməsi üçün yeni üsul təklif ediblər.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqat müəllifi Ann Rossun sözlərinə görə, ölüm anında müasir yaş qiymətləndirmə texnologiyaları sümük və oynaqların aşınmasına əsaslanır. "Lakin aşınma həyat tərzindən və kriminalistin interpretasiyasından asılıdır. Qırx yaşında vəfat edən şəxsin yaşı həm 27, həm də 70 qiymətləndirilə bilər", - o qeyd edib.

Məlumata görə, sümüklərin minerallaşması yaş ötdükcə artır, cinsi yetkinliyə çatanda isə kifayət qədər daimi sürətlə azalmağa başlayır, bu səbəbdən o, etibarlı yaş göstəricisidir. A.Rossun rəhbərlik etdiyi tədqiqat qrupu mövcud metodikanı təkmilləşdirməyə nail olub. Belə ki, bədənin bütün sümüklərini seçən alimlər sümük hüceyrə nümunələri üçün ideal yer müəyyənləşdiriblər. Məlum olub ki, yaşı bud sümüyü boynunun minerallaşması daha dəqiq göstərir.

Bildirilir ki, alimlər metodikanın sınağı üçün 33 kişi və 8 qadının bud sümüyündən nümunələr götürüblər. Yaşın müəyyənləşdirilməsində səhv 13 il təşkil edib. Bu, az olmasa da, digər metodikalardan çoxdur. Alimlər seçimi artırmaq və ona bütün yaş qrupu nümayəndələrini əlavə etməklə səhvi daha da azaltmağa ümid edirlər.