Bakıda işıq dirəyinə çırpılan avtomobil yanıb


Digərləri 30 Yan 2018 08:20:00 323 0

Bakıda işıq dirəyinə çırpılan avtomobil yanıb

Bakının Xətai rayonunda avtomobil yanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

Məlumata görə, Zığ yolu şossesi istiqamətində hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngül dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb.

Yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub.


Xəbərə aid video