2017-ci ildə ölkəyə buğda idxalı 20 faiz azalıb
İqtisadiyyat 30 Yan 2018 08:05:02 325 0
İdxal həcmi 1 milyon 275 min ton təşkil edib
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair illik konfransda deyib.
"Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik. Misal üçün, taxılçılıqla bağlı bəzi rəqəmləri ictimaiyyətə çatdırmaq istəyirəm. 2017-ci ildə 1 milyon 275 min ton buğda idxal olunub. Bu, 2016-cı illə müqayisədə 20 faiz azdır. Bu, yaxşı göstəricidir. Bu, onu göstərir ki, yerli istehsal artır. Ancaq görürsünüz ki, burada hələ nə qədər böyük iş həcmi var. Biz çalışmalıyıq ki, taxılçılıqda xaricdən asılılığı minimuma endirək".