Kahının inanılmaz faydaları


Digərləri 30 Yan 2018 08:05:00 275 0

Kahının inanılmaz faydaları

B1 və B 12 vitaminləri ehtiva edən kahı, xüsusən A vitamini baxımından çox zəngin bir qida qaynağıdır. Bundan başqa, kalium baxımından da olduqca zəngindir. Həmçinin tərkibinə magnzeyum başda olmaq üzrə, bir çox mineral daxildir.

Kahının sağlamlıq üçün faydaları olduqca çoxdur. Təsirli bir dəmir anbarı olduğuna görə, kahı dəmir çatışmazlığından irəli gələn qan azlığı və saç tökülməsinə qarşı  qoruyur. Dəmir eyni zamanda qan və damar sağlamlığının qorunmasına da yardımçı olur. Bundan əlavə, beyinə sağlam bir şəkildə oksigen getməsi üçün dəmir həyati əhəmiyyət kəsb edir.

Kahının tərkibində həmçinin C vitamini də yer alır. C vitamini sərbəst radikallara qarşı ən təsirli vitaminlərin başında gəlir.

Bu xüsusiyyətlərinə görə, bir çox xəstəliyə tutulma riskini azaldır və bəzi xəstəliklərinin müalicəsində istifadə edilir. Antioksdian təsiri ilə kahı həmçinin, xərçəng xəstəliklərinə də tutulma riskini azaldır.