Bakıda parkda halı pisləşdi, keçindi


Digərləri 30 Yan 2018 08:08:00 261 0

Bakıda parkda halı pisləşdi, keçindi

Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb

Bakının Qaradağ rayonunda ölüm hadisəsi qeydə alınıb.

Son.az "Report"a istinadən bildirir ki, hələlik şəxsiyyəti məlum olmayan 40-45 yaşlı kişi Lökbatan qəsəbəsindəki parkda özünü pis hiss edib.

O, ətrafdakıların köməkliyi ilə təcili yardım xidmətinə təhvil verilib. Xəstəxanaya aparılan şəxs yolda dünyasını dəyişib.

Meyit ölüm səbəblərinin araşdırılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Araşdırma aparılır.