Meksikada 100-dən çox gizli məzarlıqda yüzlərlə cəsəd aşkar edilib


Dünya 30 Yan 2018 06:00:51 249 0

Meksikada 100-dən çox gizli məzarlıqda yüzlərlə cəsəd aşkar edilib

Məzarlıqlarda 225 cəsəd, 335 kəllə və 30,6 mindən çox müxtəlif cəsəd qalıqları və fraqmentləri olub

Meksikanın Verakrus ştatında yüzlərlə insanın meyit və qalıqlarının olduğu azı 102 gizli məzarlıq aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Xorxe Ortisə istinadən "Noticias MVS" məlumat yayıb.

"2017-ci ilə qədər 102 gizli məzarlıq aşkar edilib…bu məzarlıqlarda 225 cəsəd, 335 kəllə sümüyü və 30,6 mindən çox müxtəlif cəsəd qalıqları və fraqmentləri tapılıb", — deyə o qeyd edib.

Baş prokuror əlavə edib ki, indiyədək yalnız 111 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, mütəxəssislər digərlərini eyniləşdirə bilməyiblər.