Nigeriyada avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər ölüb


Dünya 30 Yan 2018 05:48:52 245 0

Nigeriyada avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər ölüb

Nəqliyyat vasitəsi yük maşını ilə toqquşub

Nigeriyanın paytaxtı Abuca yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol qəzasında azı 20 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Qəza bazar günü axşam qeydə alınıb. Hadisə sürücünün idarəetməni itirməsi və yük maşınına dəyməsi nəticəsində baş verib. 16 nəfərlik tutumu olan avtobusda 30 sərnişin olub.

Polis nümayəndəsi Ömər İbrahimin məlumatına görə, qəzaya avtobusun həddindən artıq yüklənməsi səbəb olub. Onun sözlərinə görə, 17 nəfər hadisə yerində ölüb. 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan da üçü sonradan keçinib.