Silsilə oğurluq edən şəxs saxlanılıb


Kriminal 29 Yan 2018 23:49:00 285 0

Silsilə oğurluq edən şəxs saxlanılıb

Neftçalada mağazalardan silsilə oğurluq edən rayon sakini saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Neftçala rayonunun Qırmızıkənd kənd sakini Ayaz Ağayevə məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən  seyfdən 150 manat nağd pul və 300 manat dəyərində danışıq kartları, 85 manatlıq siqaretlərin oğurlanması barədə Neftçala rayon polis şöbəsinə yazılı müraciət edib.

Həmçinin Nofəl  Əlisəfa oğlu Məmmədov Neftçala polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan 300 manat dəyərində nağd pul, 100 manat dəyərində telefon danışıq kartları, həmçinin müxtəlif ərzaq məhsullarını və siqaret  oğurlandığını, ümumilikdə 517 manat məbləğində ziyan dəydiyini qeyd edib.