Ata 7 yaşlı oğlunun ayağını sındırdı Əlifbaya görə


Dünya 29 Yan 2018 22:58:00 353 0

Ata 7 yaşlı oğlunun ayağını sındırdı  Əlifbaya görə

39 yaşlı ata əlifbada hərf ardıcıllığını unudan oğlunun ayağını sındırıb.

Son.az xəbər verir ki, hadisə Rusiyanın şərqində yerləşən Kamçatkada baş verib. 7 yaşlı oğluna əlifba öyrədən ata hərfləri yadda saxlaya bilmədiyi üçün uşağa əsəbiləşib. Əsəblərini cilovlaya bilməyən ata uşağı qolundan tutaraq yerə itələyib. Ayaqları ilə uşağın diz qapaqlarını tapdalayıb sındırıb.

Azyaşlı uşaq müxtəlif bədən xəsarətləri və baldır sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Uşağın anası qorxusundan polisə xəbər verə bilməyib. Lakin hadisədən bir neçə gün sonra qadın ərindən şikayət edərək onun həbs olunmasını tələb edib.