Bu maketlər görənləri heyrətləndirir Usta əl işlərini satmır VİDEO


Digərləri 29 Yan 2018 21:36:00 241 3

Bu maketlər görənləri heyrətləndirir  Usta əl işlərini satmır  VİDEO

Uzunluğu 2 metrə çatan hərbi və yelkənli gəmilər, müxtəlif təyinatlı təyyarələr, fərqli ölçüdə raketlər. İlk baxışdan kiçik zavodu xatırladan əl işləri Mingəçevirdə Fizuli Əliyevə məxsusdur. Burada suda, havada hərəkət edə bilən texnikaların maketləri hazırlanır. Son.az bildirir ki, 35 ildən artıqdır bu işlə məşğul olan şəhər sakini bacarıqlarını tələbələrinə də öyrətməyə çalışır. Ustanın əsas xammalı, taxta, kağız və plastik materiallardır. Hazırda 2 yelkənli, 1 hərbi gəmi üzərində çalışan sənətkar əl işlərinə xeyli zaman sərf etdiyini deyir.

Ustanın düzəldiyi təyyarələr havaya qalxaraq 16 metrlik məsafədə dairəvi hərəkət edə bilir. Həmçinin burada müasir qırıcıların maketləri də hazırlanır. Əl işləri sırasında diqqət çəkənləri isə raketlərdir. 200 metr hündürlüyə qalxan qurğular parşutu açıldıqdan sora rahat şəkildə yerə qayıdır.

Mingəçevirli sənətkarın hazırladıqları gəmi, təyyarə və digər qurğular müxtəlif sərgilərdə nümayiş olunub. Usta əl işlərini satmır. /xezerxeber.az