"Teleqüllə"nin ətrafında vəziyyət nə yerdədir? SON MƏLUMAT VİDEO


Digərləri 29 Yan 2018 21:30:00 266 3

"Teleqüllə"nin ətrafında vəziyyət nə yerdədir?  SON MƏLUMAT  VİDEO

Mayaklar yenidən quraşdırılır, torpağın dərinliyindəki suxurlardan nümunələr götürülür.

Bayıl yamacında teleqüllə yaxınlıgındakı sürüşmə sahəsində tədqiqatlar davam etdirilir. Son.az bildirir ki, bir neçə gündür ki, xüsusi cihazlarla aparılan hesablamalardan sonra alınan nəticələri dəqiqləşdirmək üçün yamacın dərin qatlarından suxur nümunələri götürmək üçün bu gün buruqlar qazılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, həftənin sonuna kimi sürüşmə ilə bağlı rəyin hazır olacağı gözlənilir. Hazırda isə ərazidə vəziyyət dəyişməz olaraq qalır.

Səbail Rayon İcra Hakimiyyəti Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Rayon icra hakimiyyətindən bildiriblər ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.