Alimlər unikal ünsiyyət vasitəsi


Digərləri 29 Yan 2018 21:33:00 279 3

Alimlər unikal ünsiyyət vasitəsi

Alimlər bütün bəşəriyyətin bir-birini başa düşəcəyi yeni, universal ünsiyyət vasitəsi kəşf ediblər.

Son.az xəbər verir ki, Harvard universitetindən olan bir qrup amerikalı alimlər müxtəlif dünya dillərinin mövcudluğunu bir kənara qoyub, insanların bir-birini daha yaxşı başa düşəcəyi ünsiyyət vasitəsitapıblar. Onlar iddia edir ki, bəşəriyyət üçün ünsiyyətin ən universal variantı musiqidir.

Araşdırma sosial şəbəkə üzərindən aparılıb. Alimlər dünyanın 60 ölkəsindən 750 internet istifadəçisini bu araşdırmaya cəlb edə biliblər. Həmin şəxslərə təsadüfü seçilmiş kompozisiyalardan musiqi hissələri dinlədilib. Təklif edilən musiqilər isə müxtəlif xalqların mədəniyyətini, milli musiqisini əks etdirib.