Vegetarian pəhrizi intellekt səviyyəsinə mənfi təsir göstərir


Digərləri 29 Yan 2018 21:12:30 338 0

Vegetarian pəhrizi intellekt səviyyəsinə mənfi təsir göstərir

Yeni tədqiqatlara görə, süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. Ekspertlər vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatdırlar. Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı yod çatışmazlığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, diyetoloq Helen Bondun fikrincə, getdikcə gənclərin çoxu bitki pəhrizini seçirlər. Bəziləri ekologiyanı, bəziləri isə tibbi əks-göstəriciləri düşünərək süd məhsullarından imtina edirlər. Rasionumuzda əsas yod mənbəyini süd məhsulları təmin edir. Balıq, yumurta, hətta ev quşları belə orqanizmdə yod ehtiyatını tam ödəyə bilmir.