Naxçıvanda turizmin ekoloji, ziyarət, müalicə və dağçılıq növlərinin inkişafı üçün böyük potensial var


Digərləri 29 Yan 2018 20:32:00 315 0

Naxçıvanda turizmin ekoloji, ziyarət, müalicə və dağçılıq növlərinin inkişafı üçün böyük potensial var

Naxçıvan Muxtar Respublikasında turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq növlərinin inkişafı üçün böyük potensial var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Muxtar Respublikadakı "Nəqşicahan Holdinq" şirkətlər qrupunun "Duzdağ" Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz Novruzov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

N.Novruzov qeyd edib ki, zəngin tarixi-mədəni irsi, nadir təbiət abidəsi olan Duzdağ, mədəni memarlıq abidələri, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir: "Muxtar respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var. Bizim şirkətin də əsas fəaliyyət istiqamətlərindən biri turizm sektorudur.