Salyanda dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb


Digərləri 29 Yan 2018 20:37:00 313 0

Salyanda dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb

Salyanda dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

S.Hətəmov qeyd edib ki, Salyan rayonunda özəl investisiya hesabına ümumi dəyəri 127 milyon manat olan təkcə 3 layihənin icrasına sahibkarlar tərəfindən 50,5 milyon manat vəsait xərclənib: "Rayonun Kürsəngi kəndi ərazisində 50 hektar torpaq sahəsində "GP ALPHA GREEN HAUSE" MMC tərəfindən ümumi dəyəri 96,9 milyon manat olan istixana kompleksinin tikintisinə başlanılıb. Artıq 5 hektar sahədə istixana kompleksinin tikintisi başa çatıb və ilk məhsul istehsal olunub. Ümumilikdə 27,5 milyon manat vəsait xərclənmiş istixana kompleksində 160 nəfər işlə təmin edilib.

"Şəfa Broyler" MMC-yə yeni quşçuluq təsərrüfatının yaradılması ilə əlaqədar təkliflər verilib, birgə işin nəticəsi olaraq rayonun Həsənli kəndi ərazisində illik layihə gücü 12 milyon yumurta olan damazlıq quşçuluq təsərrüfatı yaradılıb. Görülmüş tədbirlər nəticəsində layihə dəyəri 25 milyon manat olan 18 quşçuluq ferması tikilib və 50 nəfər işlə təmin edilib. Salyan Qida Məhsulları Kommersiya Şirkəti tərəfindən müasir tələblərə cavab verən yeni pivə və limonad istehsalı zavodu tikilib. İllik istehsal gücü 14,6 min ton olan zavodun tikintisinə 8 milyon manat investisiya qoyulub və 70 nəfər rayon sakini işlə təmin edilib".