Tərtərdə pambıq tədarükü və şəkər çuğunduru istehsalı xeyli artıb


Digərləri 29 Yan 2018 20:13:00 338 0

Tərtərdə pambıq tədarükü və şəkər çuğunduru istehsalı xeyli artıb

Tərtərdə pambıq tədarükü və şəkər çuğunduru istehsalı xeyli artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

M.Məmmədov qeyd edib ki, iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatı bu gün Tərtərdə dirçəliş dövrünü yaşayır. Xüsusən əkinçilik sahəsi sürətlə inkişaf etməkdədir. Ötən il rayonda 3123 hektarda pambıq əkilib, əvvəlki ilə nisbətən bu məhsulun əkin sahələri 3 dəfə artıb. İl ərzində 8419,9 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahələrinin hər hektarından orta məhsuldarlıq da keçən illə müqayisədə 4,5 sentner artaraq 27 sentnerə çatıb, hektardan məhsuldarlığa görə ölkə üzrə ən yüksək göstərici əldə edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ötən il pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər.