Dünyada ilk dəfə: cütlük tualetdə nikah bağladı VİDEO FOTO


Digərləri 29 Yan 2018 20:20:00 297 0

Dünyada ilk dəfə: cütlük tualetdə nikah bağladı  VİDEO  FOTO

Bəyin xəstə anası oğlunun xoş gününü "qara" etdi

Amerikada qəribə hadisə baş verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, nişanlı cütlük səadət sarayının tualetində nikah bağlayıblar.

Bədbəxt hadisə baş verdiyinə görə, ikili nikah evinin qadınlar tulaletində nikah bağlamalı olub.

Belə ki, Brian və Maria Schulz-un mərasim zalındakı xoş günü zamanı bəyin astma xəstəsi olan anasının həyəcandan halı pisləşib. Onlar qadını nikah evinin ayaqyolusuna aparıblar. Həkimlər gələnə qədər xeyli vaxt keçib. Ona tibbi yardım göstərilib, oksigen verilib.

Cütlük qadının sağlamlığına görə narahat olsalar da, şad günlərində belə hadisənin olmasına və nikahlarının ertələnməsinə məyus olublar. Çünki əgər onlar həmin gün evlənməsələr, ancaq 45 gün sonra nikah bağlamaq üçün icazə ala biləcəklər və həmin gün də bəyin anası mütləq iştirak etməlidir.

Bu səbəbdən ikili elə ayaqyolunda nikah bağlayıb.


Xəbərə aid fotolar