Balakəndə də tütünqurutma məntəqəsi yaradıla bilər


Digərləri 29 Yan 2018 20:03:32 251 0

Balakəndə də tütünqurutma məntəqəsi yaradıla bilər

Balakəndə tütünqurutma məntəqəsinin yaradılması nəzərdə tutulur.

Bakı. Balakəndə tütünqurutma məntəqəsinin yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib. İ.Rzayev bildirib ki, ölkəmizin bütün regionları kimi, Balakən rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması nəticəsində rayonun sosial-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, son 4 ildə ümumi məhsul buraxılışı 12,0 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 21 faiz artıb. 2017-ci ildə rayon iqtisadiyyatına bütün mənbələr hesabına 52,4 milyon manat investisiya yönəldilib, 1469 yeni iş yeri açılıb ki, onlardan da 927-si daimi iş yeridir. O vurğulayıb ki, Balakən tarixən qərzəkli meyvəçiliyin, o cümlədən fındıqçılığın inkişaf etdirildiyi bir rayondur: “Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, fındıq pöhrələrinin tədarük edilərək məhsul istehsalçılarına əvəzsiz verilməsi ilə bağlı imzaladığınız Sərəncam və verdiyiniz tapşırıqlar əhalinin bu sahəyə marağının artmasına səbəb olub. Son iki ildə rayondakı mövcud bağlardan 1,7 milyondan çox pöhrə tədarük edilməklə 3268 hektar sahədə fındıq bağları salınıb, bağların ümumi sahəsi 8934 hektara çatdırılıb. 2017-ci ildə 5,3 min ton fındıq tədarük edilib, məhsul satışından 14,5 milyon manatdan çox gəlir götürülüb, fındıq tədarükünə 2700 nəfərdən artıq işçi cəlb olunub. Növbəti illərdə daha 1700 hektarda fındıq pöhrələri əkilməklə yeni salınan bağların sahəsinin 5 min hektara çatdırılması nəzərdə tutulur”. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, son illərdə rayonda tütünçülük sahəsində də xeyli işlər görülüb. 2017-ci ildə 528 hektarda tütün əkilib, 317,4 ton quru tütün istehsal olunub. Nəticədə 1426 nəfər mövsümi işlə təmin olunub, tütün istehsalından 650 min manatdan çox gəlir əldə edilib: