Aviasiya sahəsində əməkdaşlıq sazişi üzrə Aİ-Azərbaycan danışıqları nəzərdən keçirilib (FOTO)


Digərləri 29 Yan 2018 19:13:00 284 0

Aviasiya sahəsində əməkdaşlıq sazişi üzrə Aİ-Azərbaycan danışıqları nəzərdən keçirilib (FOTO)

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Ittifaqının Nəqliyyat və Mobillik üzrə Baş direktoru Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Ittifaqının (Aİ) Nəqliyyat və Mobillik üzrə Baş direktoru Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Aİ arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, Şərq Tərəfdaşlığı Brüssel sammitinin ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verdiyi qeyd olunub. Uzlaşdırma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlığın Aİ-nin Azərbaycan ilə əməkdaşlığında mühüm rola malik olduğu diqqətə çatdırılıb. E.Məmmədyarov Azərbaycanın regional nəqliyyat qovşağına və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələri ilə nəqliyyat sistemlərini uzlaşdırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin səmərəlilik, vaxt və sürət baxımdan üstünlükləri və Aİ-nin bu layihəyə dəstəyi qeyd olunub Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək bu layihənin iqtisadi-ticarət və insanlararası əlaqələrin inkişafına, regional inkişaf və çiçəklənməyə xidmət edəcəyi vurğulanıb. Şimal-Cənub nəqliyyat dəhlizinin Hind Okeanı ilə Şimali Avropa ölkələrinin nəqliyyat sistemlərinin birləşdirilməsi baxımdan əhəmiyyətinə toxunulub. Azərbaycanın Trans-Avropa Nəqliyyat Şəbəkəsinə qoşulması və Avropa İttifaqı ilə tərəfdaşlığa dair yeni saziş layihəsində nəqliyyat məsələlərinə xüsusi yer ayrılmasının nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar vəd etdiyi qeyd olunub. Görüşdə dəmiryol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, yollarda təhlükəsizliyin təmin olunması, Avropa Qafqaz Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsinin daha da inkişaf etdirilməsi istiqamətində atıla bilinəcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə Aİ və Azərbaycan arasında aparılan danışıqlar nəzərdən keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin