Bu il Lənkəranda ilk dəfə barama istehsalına başlanılacaq


İqtisadiyyat 29 Yan 2018 18:47:47 242 0

Bu il Lənkəranda ilk dəfə barama istehsalına başlanılacaq

Taleh Qaraşov: "Yaxın aylarda Lənkəran İstisu və Sağlamlıq Mərkəzi istifadəyə veriləcək"

“Bu il Lənkəranda ilk dəfə olaraq barama istehsalına başlanılacaq”.

“Report” xəbər verir ki, bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

İcra başçısının sözlərinə görə, ötən il Lənkəran rayonuna 124,6 milyon manat özəl investisiya cəlb edilib, 3700 yeni iş yeri açılıb: “İnsanlar torpağa bağlanıb, onların maddi rifah halı xeyli yaxşılaşıb, məhsul bolluğu yaranıb: “Artıq kənd yerlərində, demək olar ki, işsiz insan yoxdur, onlar halal zəhmətləri ilə öz dolanışıqlarını təmin edirlər”.

T.Qaraşov qeyd edib ki, istifadəsiz qalan torpaqlarda, eləcə də dağətəyi ərazilərdə, yamaclarda tapşırığınıza əsasən növbəti illərdə terras üsulu ilə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub: “Keçən il 526 hektarda çəltik əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib. Bu il həmin gəlirli sahələrin iki dəfə artırılması nəzərdə tutulur. Yaxın aylarda Lənkəran İstisu və Sağlamlıq Mərkəzi istifadəyə veriləcək ki, bu da rayonda turizmin inkişafına yeni təkan verəcək”.