Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir


Dünya 29 Yan 2018 18:54:00 257 0

Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir

"ABŞ Suriyanı Fərat çayının şərqindən bölmək istəyir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti BMT-nin İraqdakı təmsilçisi Yan Kubişlə görüşündən sonra mətbuat konfransında deyib.

Ə.Ə.Vilayəti qeyd edib ki, Vaşinqton nəzarətindəki terrorçu qruplarla birgə Fəratın şərqində dövlət qurmaq üçün hərəkata keçib:

"Lakin ABŞ və müttəfiqləri bölgədə əvvəlki qədər güclü deyil. Region xalqları Pentaqonun planlarının həyata keçməsinə imkan verməyəcək".