Röya Ayxanın keçmiş biznes ortağı məhkəməyə müraciət etdi


Digərləri 29 Yan 2018 18:48:00 280 0

Röya Ayxanın keçmiş biznes ortağı məhkəməyə müraciət etdi

Dələduzluqda təqsirləndirilən Səbinə Hüseynova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Son.az APA-ya istinadən xəbər verir ki, işə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

S. Hüseynova məhkəmədən bəraət istəyir.

Qeyd edək ki, S. Hüseynovaya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Məlumata görə, Səbinə Hüseynova tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı olub. R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.