Bu körpüdən keçə bilmək hər adama qismət olmur VİDEO FOTO


Digərləri 29 Yan 2018 18:36:00 301 0

Bu körpüdən keçə bilmək hər adama qismət olmur  VİDEO  FOTO

Qəbələnin Tikanlı kəndinin sakinləri Qəmərvan çayının üzərində salınan müvəqqəti körpüdən keçərkən sanki "tikan" üstündə keçməli olurlar.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, əhali şəhər mərkəzinə getmək üçün Qəmərvan çayının üzərində salınan müvəqqəti körpüdən istifadə edir.

Ancaq yayda su çox olduqda, qışda isə şaxta olduqda burdan istifadə təhlükəli hal alır. Sakinlər çarəni yük maşınlarına pul verib çayı keçməkdə tapıb. Şəhər mərkəzinə aparan alternativ yol isə 50 km uzundur.

Məmməd Zeynalov - Sakin: "Sel gəlib bu körpünü aparır. Camaat əziyyət çəkir. İri maşınlarla gəlib-gedirlər".

Tapdıq Şəfiyev - Sakin: "Qış olanda getmək olmur. Neçə dəfə yıxılıblar. Yaşlı adamlar keçə bilmir".


Xəbərə aid fotolar