Beynəlxalq Muğam Mərkəzində "Boogie Woogie" musiqisi axşamı keçirildi


Kriminal 29 Yan 2018 18:18:00 289 0

Beynəlxalq Muğam Mərkəzində "Boogie Woogie" musiqisi axşamı keçirildi

Yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin ifasında Boogie Woogie musiqi janırında konsert keçirilib.

İsveçrədə "Boogie Woogie səfiri" sayılan Silvan Zingg Afro-amerikalı blüz pianoçuların əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından başlamışdır.

Konsert Beynəlxalq Muğam Mərkəzi və İsveçrə səfirliyinin birgə təşkilatçılığı ilə keçirildi.

Bu günə qədər ifaçı İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya, Hollandiya, Belçika, İspaniya, Lüksemburq, Yunanıstan, Monako, Andorra, Vatikan, Bolqarıstan, Polşa, Çexiya, Macarıstan, İsveç, İngiltərə, İrlandiya, ABŞ, Kanada, Hindistan, Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika kimi xarici ölkələrdə qastrol səfərlərində olmuş və  konsert proqramları ilə çıxış etmişdir.

İfaçı Chuck Berry, Ray Charles, Kathie Webster, Sammy Price, Memphis Slim, Champion Jack Dupree, Tito Jackson və bir çox digər məşhurlarla eyni səhnəni bölüşmüşdür. Tənqidçilər ifaçının  texnikasından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təqdim edirlər. Onun ən böyük hiti olan "Dancing The Boogie" musiqi nömrəsi Youtube-da 8 milyondan çox izləyici toplayıb. Onun bu növ musiqi janrına olan marağı 2002-ci ildə İsveçrədə indi də çox uğurla davam edən  Luqano Beynalxalq   "Boogie Woogie"  Festivalını təsis etməsinə səbəb olmuşdu.

Konsertdə ilk olaraq İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder 

tanınmış İsveçrəli pianoçu Boogie Woogie və blüz ifaçısı Silvan Zingg haqqında geniş məlumat verdi. Bildirdi ki, ifaçının Bakıda konsertlə çıxış etmək seçimi təsadüfi olmayıb. Ötən il Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalında klassik musiqi ilə coşqun cazı bir-biri ilə uyğunlaşdırmağı bacaran isveçrəli musiqi qrupu Mats-up çıxış edib. Bu çıxışdan sonra İsveçrənin Azərbaycandakı səfirliyi "Boogie Woogie" üslubunda ifa edən isveçrəli musiqiçinin konsertini təşkil etmək qərarına gəlib.


Xəbərə aid fotolar