Daifra Sako Fransaya qayıtdı


İdman 29 Yan 2018 17:30:00 259 0

Daifra Sako Fransaya qayıtdı

"West Ham United"in hücumçusu Diafra Sako karyerasını Fransada davam etdirəcək. Goal.az xəbər verir ki, seneqallı forvard "Rennes" klubu ilə 2020-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləni imzalayıb. "Çəkicdöyənlər" bu transferdən 8 milyon funt qazanacaq.

Sako daha öncə Fransada "Metz" (2009-14) və "Boulogne" (2012) klublarında çıxış edib. O, 2014-cü ildə 4.5 milyon funta "West Ham"ə keçmişdi.