Monteneqroda silah zavodunda partlayış olub, iki nəfər yaralanıb


Dünya 29 Yan 2018 16:45:32 265 0

Monteneqroda silah zavodunda partlayış olub, iki nəfər yaralanıb

Zavod əməkdaşları ciddi yanıq xəsarətləri alıblar

Monteneqronun şimal-şərqində yerləşən və silah-sursat istehsalı ilə məşğul olan "Tara" zavodunda partlayış baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər zavod əməkdaşı ciddi yanıq xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Partlayışın səbəbləri dəqiqləşdirilir.