Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparıldığı müddət uzadıldı


Digərləri 29 Yan 2018 16:33:00 268 0

Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparıldığı müddət uzadıldı

"Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitib, amma müzakirələri uzatmağa ehtiyacın olduğunu görürük".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Millət vəkili qeyd edib ki, müzakirələrlə yanaşı, Orfoqrafiya Komissiyası yeni dəyişikliklərlə bağlı ümumiləşdirməni də aparır: "Təklif edilir ki, torpaq toprak, yarpaq yaprak kimi yazılsın. Amma bu, Türkiyə türkcəsinin qaydalarına uyğundur. Bunlar Azərbaycan dilinin prinsipinə uyğun deyil".