22 qanunsuz miq­rant saxlanıldı


Digərləri 29 Yan 2018 16:37:00 204 0

22 qanunsuz miq­rant saxlanıldı

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 10 nəfər Türkiyə, 7 nəfər Pa­kistan, 4 nə­fər Hindistan və 1 nəfər Türk­mənistan və­tən­da­şı olmaqla ümumilikdə 22 nəfər əcnəbi sax­­­lanılıb.

Dövlət Miqrasiya Xidmətindən Son.az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz ya­şadıqları üçün Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılmış 9 Türkiyə vətəndaşının kül­lü miqdarda pul qarşılığında Avropaya gön­dərilmək məqsədi ilə Tür­ki­yə­də yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildikləri məlum olub.

Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Suleyman Ka­yik­ciog­luna inşaat sahəsində birgə işləməyi vəd etmişdir. O, Sulyeman Kayikciogluna məx­sus "İNSMARK" şirkəti tərəfindən qeyd olunan 9 nəfər əcnəbiyə iş və müvəqqəti yaşama ica­zəsi alınmasını təşkil edib, bundan sonra müxtəlif yollarla həmin şəxslər üçün Avropa ölkələrinə viza almağa cəhd göstər­ib. Lakin Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin faktiki olaraq "İNSMARK" şirkətində işləmədikləri aşkarlanıb, onların ya­lan məlumat verməklə iş və müvəqqəti yaşama icazələri aldıqları müəyyən edilib. Bununla da, əcnəbilərə verilmiş vəsiqələr ləğv olunub.

Azərbaycan Respublikasında müvafiq yaşama icazələri ləğv edil­miş əcnəbilər Kənan Durmuşun təkidi ilə Avropaya gön­də­ri­lə­cək­lə­ri­nə ina­na­raq, müx­təlif ünvanlarda gizlənməklə Azərbaycanı tərk etməkdən boyun qa­çırıblar. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin əcnəbilər saxlanılıb.

Saxlanılan digər əcnəbilərdən, ölkəyə gəlmiş 1 nəfər Türki­yə vətən­da­şı, 4 nəfər Hindistan vətən­daş­ı və 7 nəfər Pakistan vətən­da­şı, 1 nəfər Türk­mənistan və­tən­daşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları müəyyən edilib.