Mənzillərin açarları və sənədlər jurnalistlərə sabah təqdim olunacaq


Digərləri 29 Yan 2018 16:25:00 315 0

Mənzillərin açarları və sənədlər jurnalistlərə sabah təqdim olunacaq

Jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarların jurnalistlərə təqdim olunmasının dəqiq tarixi məlum olub.

Bu barədə Son.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib.

Qeyd olunub ki, yanvar ayının 30-da, saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzində mənzil almış jurnalistlərə açar və sənədlərin təqdimat mərasimi keçiriləcək.