"The London Post": "Ermənistan əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri də pozur" FOTO


Siyasət 29 Yan 2018 16:29:00 291 0

"The London Post": "Ermənistan əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri də pozur"  FOTO

Ermənistan əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri də pozur.

Mili.Az bildirir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondundan Trend-ə verilən məlumat, bu barədə Fondun prezidentinin köməkçisi Anastasiya Lavrinanın "The London Post" ingilisdilli nəşrində dərc olunan məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildən artıqdır dünyanın ən uzun və ən qanlı münaqişəsi kimi tanınır:

"Təxminən üç onillik ərzində münaqişə işğal olunmuş ərazilərdə insan potensialına, iqtisadiyyatına, sənayesinə və kənd təsərrüfatına ağır zərbələr vurub. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ ərazisi və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastruktur məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. Yaxınlıqdakı rayon və kəndlərin davamlı bombardmanı, ərazilərin yandırılması, işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarının təchizatının qarşısının alınması və mineral suların istismarı ekoloji fəlakətə gətirib çıxarıb".

Məqalədə işğal olunmuş Azərbaycan ərazilərində ekoloji fəlakətin ciddiliyini sübut edən faktlar yer alır: "Su çatışmazlığı, eləcə də ərazilərin bombardman olunması cəbhə xəttindəki yaşayış məntəqələrindəki geniş ərazilərdə su ilə təminatı pişləşdirib, bu da çatların yaranmasına və yerin məhsuldar təbəqəsinin məhvinə gətirib çıxarır".

Müəllif qeyd edir ki, Dağlıq Qarabağda ən böyük su ehtiyatı olan Sərsəng su anbarı hazırda Ermənistan silahlı qüvvələrinin nəzarətindədir, bu isə Azərbaycanın təms xəttindəki bölgələrində su təchizatı probleminə gətirib çıxarır: "Texniki dəstəyin olmaması bir neçə bölgənin su basması ilə nəticələnəcək bəndlərin məhv edilməsinə də səbəb ola bilər".

Məqalədə, həmçinin işğal olunmuş ərazilərin meşələrində oğurluq hadisələrinin baş verməsi qeyd edilir. Bundan əlavə, cəbhə bölgələrinin daimi bombardman altında olması, açıq sahələrdə kənd təsərrüfatına cəlb edilməsi münasib sayılan torpaqlar da təəssüf ki, hazırda həyat üçün təhlükəlidir: "Uzun illər ərzində Ermənistanın çirkli sularının bölgədən çaylara axıdılması müntəzəm olaraq davam edir. Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden və Qafan mis-əritmə zavodlarından çirklənmiş sular Oxçuçay çayına axıdılır, bunun nəticəsində çay hövzəsi ölü zonaya çevrilir. Belə bir davranışla Ermənistan, hər hansı bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığına dair yalnız dünya qanuni nizamını pozmur, həm də işğal olunmuş dövlətin əmlakı olan daşınar və daşınmaz əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri də pozur".

Müəllif yazır ki, bu problemin beynəlxalq səviyyədə daha geniş şəkildə əhatə edilməsi, fəlakətin öyrənilməsinə və qarşısının alınmasına mütəxəssislərin cəlb olunması, xüsusilə də yerüstü ekosistemlərin qorunması və bərpası, onların rasional istifadəsinin təşviqi, meşələrin idarə edilməsi, çölləşmə ilə mübarizə, torpaqların parçalanmasının və prosesin dayandırılması, bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq Birləşmiş Millətlər Təşkilatının davamlı inkişafının əsas məqsədlərindən biridir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar