İsa Həbibbəyli: "Təklif verənlərin yazdığı bir cümlədə 13 səhv olur"


Digərləri 29 Yan 2018 16:09:00 303 0

İsa Həbibbəyli: "Təklif verənlərin yazdığı bir cümlədə 13 səhv olur"

"Alimlər yeni orfoqrafiya qaydalarını başa düşürlər, ancaq çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

İ.Həbibbəylinin sözlərinə görə, dünya standartlarına əsasən, hər 10 ildən bir orfoqrafiya qaydaları hazırlanmalı, 5 ildən bir orfoqrafiya lüğəti nəşr edilməlidir:

"On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb. Dilimizdə yeni sözlər yaranıb, bəzi sözlər istifadədən çıxıb. Bütün bunlar zamanın tələbidir və bu dəyişikliklər yeni lüğətdə öz əksini tapmalıdır. Yeni hazırlanan orfoqrafiya qaydaları layihədir. Bu layihənin daha təkmil olması lazımdır. Buna görə də bu layihə ilə bağlı əvvəlcə AMEA-da alimlərin iştirakı ilə açıq müzakirələr aparıldı. İndiyədək orfoqrafiya lüğəti iki dəfə - 1952 və 1958-ci illərdə alimlərin iştirakı ilə müzakirə edilib. Ancaq orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib".