"Həyətə girib götürdüm" Akkumulyator oğrusu iş başında VİDEO FOTO


Kriminal 29 Yan 2018 15:52:00 280 0

"Həyətə girib götürdüm"  Akkumulyator oğrusu iş başında  VİDEO  FOTO

Salyanda akkumulyator oğrusu saxlanılıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, rayonun Bəşirbəyli kənd sakini, 28 yaşlı Qalib İsmayılov Qaraçala qəsəbəsində yerləşən kəndli-fermer təsərrüfatına məxsus olan "DAF" markalı yük maşınında iki ədəd akkumulyator oğurlayaraq satmaq məqsədi ilə Şirvan şəhərinə aparıb. Az keçməyib ki, Qalib elə iş başındaca polis əməkdaşları tərəfindən saxlanılıb. Hər birinin qiyməti 250-300 manat arasında olan akkumulyatorlar maddi sübut kimi götürülərək şöbəyə gətirlib. Qalib İsmayılov - saxlanılan şəxs: "Dəyirmanın həyətinə girib akkumulyatoru götürdüm. Üstündən 3 gün keçmişdi apardım Şirvan şəhərinə, polis əməkdaşları saxladı". Faktla bağlı Salyan Rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərə aid fotolar