İsa Həbibbəyli: "Komissiya yəqin ki, "İsgəndər"i, "əsgər"i qəbul edəcək"


Digərləri 29 Yan 2018 15:41:00 242 0

İsa Həbibbəyli: "Komissiya yəqin ki, "İsgəndər"i, "əsgər"i qəbul edəcək"

Bu gün kütlə "əskər" sözünün bu cür yazılışını dəstəkləmir. Dilçilərin 50 faizinin fikrincə də "İsgəndər, əsgər" yazılmalıdır. Komissiya da yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Millət vəkilinin sözlərinə görə, alqı-satqı sözü çalğı sözü kimi eyni qayda ilə yazılmalıdır: "Alqı-satqı ilə eyni qayda ilə deyilən calğı sözü də var. Amma biz "calqı" yox, çalğı yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. Ictimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq alqı-satqı sözünün alqı-satqı kimi yazılmasının tərəfindədir".